Azərbaycan Premyer Liqasının VII turunun “Karvan-Yevlax” – “Sabah” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
"Birinci saniyədən sona qədər dominant olan biz idik. İlk hissədə iki qol vurduq, amma daha çoxunu edə bilərdik. İstərdim ki, oyunçularım daha çox qol vursun, özlərinəinamı artırsın. Oyunun son dəqiqəsində baş verən hamımızı çox üzdü. Dua edəcəyik ki, Mikelsdə ciddi zədə olmasın".
Sport1.az