Azərbaycan Premyer Liqasının II turunun “İmişli” – “Neftçi” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov açıqlama verib.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
"Azarkeşlərə təşəkkür edirəm ki, əziyyət çəkib bura qədər gəldilər, bizi dəstəklədilər, arxamızda durdular. Sağ olsunlar, əfsuslar olsun ki, onları sevindirə bilmədik. İki xal itirdik. İlk oyundan sonra da klub rəhbərliyi yanımızda olduğunu göstərdi. Başa düşürük ki, bugünkü gündə nəticə ürəkaçan deyil. Yeni komandayıq, yaxşı işlər bacaracağımıza inanırıq. Bir-birini başa düşən, çox yaxşı işlər görməyə layiq komanda görəcəyik. Buna şübhəniz olmasın".
Sport1.az