Haiti millisinin baş məşqçisi Stefan Minye yoldaşlıq görüşündə Azərbaycana 3:0 qalib gəldikləri yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı.Sport1.az xəbər verir ki, çalışdırıcı əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
"Komandamın oyunundan razı qaldım. Çətin oyun olacağını gözləyirdik. Ardıcıl 9-cu qələbəni qazandıq. Bu, tarixdə ilkdir. Həm də Avropada birinci qələbəni əldə etdik. Yaxşı komandaya qarşı oynadıq. 3:0 və qələbə".–
Azərbaycan yığmasında Avropa komandasına xas hansı xüsusiyyətlər gördünüz?– Atmosfer fərqli idi. Stadionu da qeyd etmək istərdim. Bu atmosferdə komandamın necə oynayacağını gözləyirdim. Oyunçular gözləntilərimi qarşıladı.
–
Uzaq Haitidən gəlmisiniz. Başqa rəqib tapmamışdız oynamağa?– FIFA pəncərəsi ilə bağlıdır. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. 5 komanda ilə oynamaq şansımız var idi. İsveçrə, Azərbaycan, İrlandiya və daha 2 rəqib. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.
–
Azərbaycan millisində ən zəif tərəf nə idi və ona görə hazırlaşmışdınız…– Rəqibi təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Öz komandama köklənirəm. Pressinq tətbiq edə bildik. Hücuma çıxanda da yaxşı müdafiə olunduq.
Sport1.az