Azərbaycan Premyer Liqasının VII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransına qatılıb.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı frikirlərini bölüşüb..
"Qəbələ” turnir cədvəlində bizdə aşağıda olsa da, yaxşı futbol oynayırlar. Mübarizə aparırlar. Əvvəlki oyunlarda etdiyimiz səhvləri bu dəfə etmədik. Sonlarda qol buraxmaq məsələmiz var idi və bu gün də oyunun sonları gərgin keçdi. Çalışdıq ki, səhvləri etməyək. Qarşıda fasilə var. Zədəlilərimiz də qayıdandan sonra daha yaxşı olacağıq. Turnir cədvəlində irəlilədik və xal ehtiyatımızı artırdıq. Bu, bizim üçün önəmlidir".
Sport1.az