“Neftçi” növbəti transferini yekunlaşdırmaq üzrədir.Sport1.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Kamerun millisinin futbolçusu Vensan Abubakarı heyətinə qatmağa yaxındır. Hazırda 33 yaşlı hücumçu ilə müqavilənin son detalları müzakirə olunur. O, illik 600 min avro məvacib qarşılığında kluba keçməyə razılıq verib. Müqavilənin digər detalları ilə bağlı hansısa problem çıxmasa, forvardla müqavilə imzalanacaq.
Qeyd edək ki, Abubakar karyerası ərzində “Valensyen”, “Loryan”, “Portu”, “Beşiktaş”, “Əl-Nəsr” və son olaraq “Hatayspor” klublarında çıxış edib. Onun hazırda transfer dəyəri 1.8 milyondur.
NİHAT KƏRİMLİ
Sport1.az