U-21 millimizin və “Şamaxı”nın üzvü Edqar Adilxanov Portuqaliya yığması ilə qarşılaşmada zədələnərək meydanı tərk etmişdi.“Şirlər”nın baş məşqçisi Ayxan Abbasov “Karvan Yevlax”la oyundan sonra mətbuat konfransında 20 yaşlı müdafiəçinin əməliyyat olunacağını bildirdi.
Görəsən biz Edqarı nə zaman yaşıl meydanda görəcəyik?
Sualımıza “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynov aydınlıq gətirdi. “Şirlər”in rəsmisi
Sport1.az saytına açıqlamasında bunları söylədi:
“Edqar qasıq nahiyəsindən əməliyyat olacaq. Təxmini 1 ay meydanlardan uzaq olması gözlənilir. Nə zaman qayıdacağı əməliyyatdan sonra tam dəqiq bilinəcək”.MİKAYIL HACIYEV
Sport1.az