U-21 millimizin və “Sumqayıt”ın üzvü Ayxan Süleymanlı Bolqarıstanla oyunda zədələnərək meydanı tərk etmişdi.Premyer Liqanın 4-cü turunda “İmişli” ilə səfər görüşündən öncə “kimyaçılar”ın futbolçuları müdafiəçinin formasını nümayiş etdirərək ona dəstək oldular.
Görəsən, Ayxan zədəsini nə zaman sağaldacaq? Millimizin üzvü yaşıl meydanlara nə vaxt qayıdacaq?
Sualımızı “Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyevə ünvanladıq. “Kimyaçılar”ın rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Ayxanın diz bağlarında yuxarı dərəcə gərilmə var. Klub həkimləri hazırda oyunçunun bərpa prosesinin əməliyyat, yoxsa müalicə yolu ilə olacağı barədə müzakirə aparırlar. Çox böyük ehtimalla əməliyat olacaq. Belə olacağıq təqdirdə isə onun 1 il oynamayacağı gözlənilir. Ayxanın bu mövsümün sonuna qədər sıradan çıxdığını deyə bilərik”.MİKAYIL HACIYEV
Sport1.az