Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” “Sabah” ilə heç-heçə etdi - 0:0.Qarşılaşmadan sonra meydan sahiblərinin müdafiəçisi Elvin Bədəlov görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
“Görüşlə bağlı müsbət təəsüratlarım var. Ötən matçlara nisbətən oyunumuzda inkişaf var idi. Meydanda nəzarət də bizdə idi. Fürsətlərimiz də yetərincə var idi. Demək olar ki, rəqibə heç bir şans vermədik. Hər komandada belə dövrlər olur. Top qapıya heç cür getmək istəmir. Bəxtsizlik olur. Səbr etmək, bir az da çalışmaq lazımdır. İnanıram ki, bir qələbə hər şeyi dəyişəcək”.30 yaşlı futbolçu ləğv edilən penalti epizodu barədə də danışdı:
“Qapıda heç kim yox idi və top tora daxil olacaqdı. Şübhəsiz, penaltidir! Mənə görə bunun heç bir izahı yoxdur”.Millimizin üzvü “Neftçi”nin qol vura bilməməsini belə izah etdi:
“Burada nə oyunçulara bir şey demək olur, nə də məşqçilərə. Bəzən olur ki, heç cür alınmır. Daha çox çalışmalıyıq, məşq eləməliyik. Düzələcək, hər şey qaydasına düşəcək. Qələbə qazansaq, davamı gələcək”.MİKAYIL HACIYEV
Sport1.az