“İmişli” Qubada ilk oyununu nə vaxt keçirəcək? - RƏSMİ AÇIQLAMA
“İmişli” Quba Olimpiya stadionundakı çatışmazlıqları aradan qaldırmağa başlayıb.
Sport1.az-a adaxil olan məlumata görə, arenanın paltardəyişmə artıq tam hazır vəziyyətdədir.
Ümumiyyətlə, stadiondakı işlər nə zaman yekunlaşacaq? “İmişli” burada ilk ev oyununu nə vaxt keçirə biləcək? Stadiondakı işlər klubdan asılı və ya asılı olmayan səbəblərdən gec başa çata bilər?
Suallarımızı “pambıqçılar”ın icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq. Klub rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Artıq Quba OİK ilə müqavilə bağlamışıq. PFL-in qeyd etdiyi çatışmazlıqları aradan qaldırmaq üçün təmir işlərinə başlamışıq. Quba Olimpiya İdman Kompleksində beynəlxalq futbol turniri keçiriləcək. Bu məqam da işlərimizə bir qədər mane olur. Lakin, təmiri ən qısa zamanda yekunlaşdırmaq arzusundayıq. Düşünürəm ki, sentyabrda ev oyunlarımızı Qubada keçirəcəyik”.