Ötən mövsüm II Liqada 3-cü olan "Şimal" I Liqaya vəsiqə qazandı.Xaçmaz təmsilçisi oyunlarını doğma şəhərdən kənarda - Siyəzəndə keçirirdilər.
Komanda daha peşəkar liqaya yüksəlib. Görəsən, yenə matçlarını doğma şəhərdə keçirməyəcəklər? Sualımızı klubun direktoru Elxan Yusifliyə ünvanladıq.
"Şimal"ın rəsmisi məsələ ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Lisenziyalaşdırma şərtlərindən biri də ev oyunlarımızı keçirəcəyimiz arenanı təqdim etmək idi. Biz də bunu yerinə yetirmişik. Quba Olimpiya Kompleksi ilə müqavilə imzalamışıq. I Liqadakı ev oyunlarımızı burada keçirəcəyik. Könül istərdi ki, matçlarımızı Xaçmazda keçirək. Amma arenanın standartları Peşəkar Futbol Liqasının tələblərinə uyğun gəlmir. Həm də ot örtüyü də bərbaddır. Həmin stadionun təmir edilməsi, yenidənqurulması və qazonun vəziyyətinin yaxşılaşdırması üçün vəsaitimiz yoxdur”. MİRZƏ S.
Sport1.az