Rüstəm Əhmədzadənin yeni klubu bəlli olub. Sport1.az-a daxil olan məlumata görə, millimizin üzvü "Sumqayıt"a keçib. Vinger dünən axşam komandanın Qəbələdəki düşərgəsinə qoşulub. Bu gün kollektivlə birgə məşq də edib.
Yaxın vaxtlarda "kimyaçılar" Rüstəmlə anlaşdıqlarını rəsmi şəkildə açıqlayacaq. 24 yaşlı futbolçu ilə "1+1" şərti ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə ötən mövsüm icarə əsasında "Zirə"də çıxış edirdi. O, bu komandanın heyətində 34 qarşılaşmada 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Sport1.az