"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport1.az-a daxil olan məlumata görə, "kimyaçılar" Rauf Rüstəmlinin keçidini həll edib. 21 yaşlı futbolçu "Sabah"dan 1 illik icarəyə götürülüb.
Yarımmüdafiəçinin keçidini bu gün rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Rauf Rüstəmli Azərbaycan millisinin heyətində 1 oyun keçirib. Futbolçu ötən mövsüm "Şamaxı"da çıxış edib. "Şirlər"in heyətində 33 qarşılaşmada meydana çıxsa da, fərqlənə bilməyib.
Sport1.az