Premyer Liqanın yeni iştirakçısı olan "İmişli" heyətini formalaşdırmağa davam edir.Sport1.az xəbər verir ki, bölgə təmsilçisi yerli futbolçu ilə güclənib.
İmişlilər "Neftçi"dən ayrılan Azər Salahlı ilə danışıqları yekunlaşdırıb. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Salahlı karyerası ərzində "İnter", "Qarabağ", "Sumqayıt", "Keşlə" kimi klublarda çıxış edib.
Sport1.az