"İmişli"nin Nikola Karaklaiçlə razılaşdığını diqqətinizə çatdırmışdıq. Sport1.az-a transferlə bağlı yeni informasiya daxil olub. 30 yaşlı vinger hazırda klubun "Ruslan 93"dəki düşərgəsindədir.
Serbiyalı ilə 2 illik saziş imzalanacaq.
Qeyd edək ki, Karaklaiç "Srvena Zvezda" yetirməsidir. O, Serbiyada "Vojdovats", "Sindjeliç" (Belqrad), "Çukariçki", "Yavor" (İvaniça), "Novi Pazar", Çexiyada "Pribram", Monteneqroda "İskra", Yunanıstanda "Aspropirqos", "Anaqennis" (Kardiça), "Panaçayki" kimi klublarda çıxış edir.
Karaklaiç Serbiyanın U-20 millisinin də formasını geyinib. Vinger karyerası ərzində ümumilikdə 237 matçda 20 qol vurub, 14 məhsuldar ötürmə edib.
Sport1.az