2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında oynayacaq "Karvan" klubu növbəti transferini həyata keçirib.Sport1.az xəbər verir ki, Şri Lanka millisinin üzvü Samuel Durrant ilə 1 illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi karyerasına İngiltərənin “Liverpul” klubunda başlayıb. Daha sonra “Blakbörn” (İngiltərə), “Dundalk” (İrlandiya) və “Connahs Quay” (Uels) klublarında forma geyinib.
23 yaşlı oyunçu Şri Lanka millisində 7 oyun keçirib.
Sport1.az