ÇSKA-nın sabiq qolkiperi Vladimir Qabulov maraqlı açıqlama ilə diqqət çəkib.Sport1.az xəbər verir ki, "Sovetskiy Sport" nəşrinə danışan mütəxəssis "Sabah"ın baş məşqçisi Vasili Berezutskiyə komandanın heyətini Vaqner Lav ilə gücləndirməyi təklif edib:
"Mən virtual müqayisələrin tərəfdarı deyiləm. Adekvat şərtlərlə yaşamaq lazımdır. Akinfeyev hələ də ÇSKA-nı gücləndirir. Vaqner Lav da əla formadadır. Bütün komandamız Vasya Berezutskini inandırmağa çalışır ki, Vaqneri komandana götür. O, səni çempion edəcək".Qeyd edək ki, hazırda 40 yaşı olan futbolçu karyerasını ölkəsində davam etdirir. Hücumçu B Seriyası təmsilçilərindən "Avai"də top qovur. Forvad bu mövsüm 17 qarşılaşmada meydanda olub. Bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Maraq üçün bildirək ki, Lav karyerası ərzində ÇSKA, "Flamenqo", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat" kimi klublarda çıxış edib.
Sport1.az