Dünən Avropa Liqasının təsnifat mərhələsinin ilk oyununda "Çelye"yə 2:3 hesabı ilə uduzan "Sabah" daha bir problemlə üzləşib.Sport1.az-a daxil olan məlumata görə, paytaxt təmsilçisində şok ayrılıq yaşanıb. Yusif İmanov birtərəfli qaydada klubla olan müqaviləsini pozub. Futbolçu vəkili vasitəsi ilə FİFA-ya şikayət etməyə hazırlaşır.
Buna səbəb "bayquşlar"ın rəhbərliyinin ona qarşı davranışları olub. Belə ki, futbolçu Avstriyadakı təlim-məşq toplanışına aparılmayıb. Qolkiperin adı UEFA-nın iştirak ərizəsinə də salınmayıb.
Sport1.az