Avrokuboklarda 2025/26 mövsümü başlamaq üzrədir. Sport1.az xəbər verir ki, 1 həftə sonra ilk təmsilçimiz "Sabah" Avropa Liqasında meydana çıxacaq. Masazır klubu I təsnifat mərhələsində Sloveniya "Çelye"si ilə qarşılaşacaq.
Avstriyada təlim-məşq toplanışında olan "bayquşlar" görüşə hazırlıqlarını tamamlamaq üzrədir. Paytaxt təmsilçisi bu gün UEFA-ya oyunda iştirak edəcək oyunçuların ilkin siyahısını göndərəcək.
Maraq üçün bildirək ki, "Sabah" cədvəldə dəyişiklik oyunun başlamasına 24 saat qalana kimi edə bilər. Yəni, "tələbələr" yeni oyunçu transfer etsələr, iyulun 9-na kimi sifariş edə bilərlər.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Çelye" matçı iyulun 10-da keçiriləcək.
Sport1.az