Bu gün Misli Premyer Liqasının 27-ci turunda növbəti oyunlar keçiriləcək. Sport1.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç təşkil olunacaq.
"Kəpəz" - "Qarabağ" qarşılaşması saat 17:00-da start götürüb. Qarşılaşmada qapılara qol vurulmayıb.
Günün ikinci görüşündə "Sabah" "Zirə"ni qəbul edib. Qarşılaşmada hər iki tərəf 1 dəfə fərqlənib.
Misli Premyer Liqası
27-ci tur
15 mart
17:00. “Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu
19:30. “Sabah” – “Zirə” 1:1
Qol: Cessi Sekidika, 34 (1:0). Davit Volkov, 63 (1:1).
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayılov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Bank Respublika Arena"
Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 1:1. Tura martın 16-da yekun vurulacaq.
Sport1.az