Bu gün Azərbaycan Basketbol Liqasında XVIII tura start verilib.
Sport1.az xəbər verir ki, turun ilk günündə bir matç baş tutub.
B qrupunda keçirilən günün yeganə matçında “Lənkəran” “Quba” ilə üz-üzə gəlib. Çempionatın autsayderlərinun duelində ev sahibləri növbəti dəfə məğlubiyyətə üzülüblər - 84:95.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
Sport1.az