“Turan Tovuz” 2024/25 mövsümündə Premyer Liqanı 55 xalla 4-cü pillədə başa vurdu. Qərb təmsilçisi “Sabah”ın Azərbaycan Kubokunun qalibi olması ilə avrokuboklar vəsiqəni təmin edə bilmədi.
Görəsən, ”boz qurd”un yeni mövsüm planları bəllidir?
Kurban Berdiyevin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışını harada keçirəcək? Suallarımızı klubun mətbuat katibi Süleyman Tağıyevə ünvanladıq. “Turan Tovuz” rəsmisi
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Hələlik bununla bağlı hansısa qərar verilməyib. Yəqin ki, 1-2 gün ərzində təlim-məşq toplanışını harada keçirəcəyimiz dəqiqləşəcək”.ZAUR SALMAN
Sport1.az