"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A seriyası təmsilçisi "Brayton"dan Pervis Estupinyanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ekvadorlu futbolçu karyerası ərzində "LDU Quito", "La Yu", "Vilyarreal', "Qranada", "Almeriya", "Malyorka" və "Osasuna"nın da formasını geyinib.
Sport1.az