“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə qatıb.Sport1.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “Şamaxı”da keçirmiş Səbayıl Bağırovla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu "Şamaxı"dan əvvəl "Turan Tovuz"da çıxış edib.
Sport1.az