“Napoli” futbolçusu Dani Yesperi icarəyə verib.
Sport1.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçi “Volfsburq”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı vinger 2026-cı ilin yayına kimi Bundesliqa təmsilçisində çıxış edəcək.
Yesper ötən mövsüm “Everton”da icarədə olub. O, 30 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az