Azərbaycanın U-21 millisinin sabiq hücumçusu Orxan Əliyev yeni komandasında debüt oyununa çıxıb və fərqlənməyi bacarıb.
Sport1.az xəbər verir ki, 29 yaşlı futbolçu Qırğızıstan Premyer Liqasında çıxış edən "Ozgon" klubunun heyətində ilk oyununa çıxıb. "Asiyaqol Bişkek"ə qarşı səfər matçında "Ozgon" 2:0 hesabı ilə qalib gəlib. Görüşün 24-cü dəqiqəsində komandasının ilk qolunu Orxan Əliyev vurub.
Bu qələbədən sonra "Ozgon" Qırğızıstan çempionatında 14 turdan sonra 19 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
Sport1.az