"Aston Villa" futbolçusu Bubakar Kamara ilə yeni müqavilə imzalayıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı fransalı yarımmüdafiəçi ilə imzalanan yeni sözləşmə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Kamara "Aston Villa"ya 2022-ci ilin yayında Fransanın "Marsel" klubundan transfer olunmuşdu. O, indiyədək Birmingem təmsilçisinin heyətində 97 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kamaranın Fransa yığmasında isə 5 oyunu var.
Sport1.az