20:29 25.07.2025 52

Bu klub ev oyunlarını Xankəndində keçirmək istəyir

Futbol üzrə Azərbaycan çempionatının 2-ci Liqasında çıxış edəcək "Xankəndi" ev oyunlarını adını daşıdığı şəhərdə keçirmək istəyir.

Sport1.az xəbər verir ki, klub bununla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib.

"Xankəndi"nin müraciətini diqqətinizə çatdırırıq: "Qısa müddət ərzində geniş azarkeş auditoriyasının rəğbətini qazanan və ölkə mediasının diqqət mərkəzində olan “Xankəndi” Futbol Klubu yeni mövsümdə ev oyunlarını Xankəndi şəhər stadionunda keçirmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova rəsmi müraciət ünvanlamışdır.

Klubumuz ilk mövsümündə Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak hüququ qazanmış və indiyədək rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul etmişdir. Lakin qarşıdan gələn mövsümdən etibarən “Xankəndi” FK-nın ev oyunlarının doğma Xankəndi şəhərində, azarkeşlərimizin önündə keçirilməsi əsas hədəflərimizdəndir.

Onu da xüsusi vurğulamaq istərdik ki, artıq Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbə heyəti tərəfindən komandamızın Fan Klubu təsis olunmuşdur. Onlar doğma komandalarını bu şəhərdə görmək arzusunu böyük coşqu və istəklə ifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi xüsusi diqqət və azad olunmuş ərazilərdə idmanın, xüsusilə futbolun inkişafı istiqamətində atdığı mühüm addımlar bizdə dərin inam yaradır ki, yaxın gələcəkdə klubumuz ev oyunlarını doğma şəhərimiz – Xankəndidə keçirmək imkanı əldə edəcək.

Bu istiqamətdə atılan hər bir addım, təkcə “Xankəndi” FK üçün deyil, bütövlükdə bölgənin sosial və idman həyatının canlanması baxımından da mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Stadionun yenidənqurulmasının bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:16

Roy Kin: “Simeone "Mançester Yunayted"i sarsıdardı – amma yaxşı mənada”

16:51

Qleyzerlər "Mançester Yunayted"i satır – Turki Əl-Şeyx ümidlidir

16:36

“Çelsi” Kənan Yıldız üçün yeni təklif hazırlayır

16:18

İbrahimoviç: “Milanı heç kim dəyişə bilməz, amma "Milan" sizi dəyişə bilər”

15:56

"Bavariya"dan Şlotterbek planı

15:41

"Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar" - AÇIQLAMA

15:14

Bəhmən Həsənov : "Biz Ayxan Abbasova inanırıq" - AÇIQLAMA

14:54

"Arsenal"ın Kenan Yıldız planları

14:33

Platini: "FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı"

14:10

İdmançılarımız dünya çempionatında çıxış edəcəklər

13:52

Fransa mətbuatı Ayxan Abbasovdan yazdı

13:40

Yığmamız Ermənistanla qarşılaşacaq

13:24

Millimizin Fransa ilə oyununu yayımlayacaq kanal

12:54

La Liqa klubunun yeni baş məşqçisi məlum oldu

12:32

Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulur

12:18

Qnabri: “Bütün diqqətimi oyunuma yönəltmişəm”

11:52

“Monako”nun sabiq baş məşqçisi Rusiyada işləyə bilər

11:28

"Fənərbağça" sabiq futbolçusunu qaytarmaq istəyir

11:12

U-21 millimiz Çexiya ilə üz-üzə

10:54

“Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

10:28

Əlcəzair DÇ-2026-ya vəsiqə qazandı

10:11

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulur

09:54

Fransa Azərbaycana qarşı - YENİLƏNİR

09:53

Niderlandlı hücumçu “Mançester Yunayted”də qalmaq istəmir

09:32

Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

09:14

İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı

23:54

Keyn millinin iki oyununu buraxacaq

23:32

Ceyms Tarkovski “Everton”da qalacaq

23:11

"Strasburq" Fabio Karvalyonu izləyir

22:54

“Yuventus”un Tonali üçün yeni transfer planı

22:37

“Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq" - Bəhlul Mustafazadə

22:16

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

21:56

Anna Blinkova Uhan turnirinin əsas mərhələsinə yüksələ bilmədi

21:16

Salahdan yeni rekord

21:12

Tomas Volkup ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq

20:54

Lebron Ceyms Luka Donçiçin irəliləyişini qiymətləndirib

20:34

Valentin Vaçerot Şanxay Masters yarımfinalına yüksəldi

20:15

Harri Keyn Uelslə oyunu buraxacaq

19:58

Tuxel İngiltərə yığmasında Bellinqhem, Foden və Qrilişin yoxluğunu izah edib

19:35

Kapello: “İtaliyada futbolun keyfiyyəti aşağı düşüb”

19:13

Alleqri Rafael Leaunu tənqid etdi

18:52

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçildi

18:27

Millimiz Özbəkistanla heç-heçə etdi

18:12

"Napoli"də itkilər

17:54

Müslüm Kagermanov: “Almaniyada rusofobiya hiss etmirəm”

17:34

Cerrard sabiq klubuna qayıda bilər

17:13

La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

16:54

"İnter Mayami" Albanı onunla əvəzləyəcək

16:27

Azərbaycan Kubokunda 4 komanda mərhələ adladı

16:13

Maquayr qərarını verdi

15:56

Rişarlison MLS klubunun hədəfində

15:24

AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı

15:11

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

14:54

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

14:32

Tuxel: “Keyn Qızıl topda daha yüksək yeri tutmalı idi”

14:03

AFFA-nın qurduğu sistemin fiaskosu - YAZI

13:56

"Monako"da yeni baş məşqçi

13:32

Şesni: "Narahat olmalı bir şey yoxdur"

13:12

"Qalatasaray"dan İkardi üçün son cəhd

12:28

Miles MakBrayd: “Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm”

12:13

Covanni Mpetçi Perrikard top-10 oyunçuya qarşı ilk qələbəsini qazandı

11:54

"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

11:32

Noyer Almaniya millisinə qayıda bilər

11:17

"Qarabağ" "Çelsi"ni hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA

10:52

Yelena Rıbakina Uhan WTA-1000 turnirində ikinci raunda qələbə qazandı

10:31

PSJ-dən Yamal üçün rekord məbləğdə təklif

09:54

Volkan Dəmirəl Superliqaya qayıdır

09:27

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

09:12

Misir DÇ-2026-ya vəsiqə qazandı

23:52

Lauri Markkanen "Jazz"dan ayrıla bilər