UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın "Arda" klubu Finlandiya təmsilçisi HİK-lə qarşılaşıb.Sport1.az xəbər verir ki, qarşılaşmada hesab açılmayıb. Azərbaycan millisinin üzvü Cəlal Hüseynov bu görüşdə meydana çıxıb. Müdafiəçi 90 dəqiqə ərzində əvəzlənməyib.
Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 31-də Finlandiyada baş tutacaq.
Sport1.az