Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"ın "Aris"ə 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra Felipe Santosun
Sport1.az-a müsahibə verib...
- Tarixi qalibiyyət əldə etdiniz. Qələbəni necə şərh edərdin?
- Matç bizim üçün çox çətin keçdi. "Aris" yaxşı komanda olsa da, bizdə də Avropa təcrübəsi olan futbolçular var. Mənə görə nəticə çox yaxşıdır. Növbəti oyuna yaxşı hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik.
- "Araz-Naxçıvan"ın avrokuboklardakı ilk qolunun müəllifi oldu. Nə hiss edirsən?
- Möhtəşəm hisslər keçirirəm. Necə deyərlər , qol vurmaq mənim işimdir. Komanda yoldaşlarıma həmişə kömək etməyə çalışıram. Hələ ki, tur tam bitməyib. Sevincli olsam da, növbəti həftəni səbirsizliklə gözləyirəm.
- Yunanıstandakı oyun asan olmayacaq...
- Növbəti qarşılaşma bizim üçün daha çətin olacaq. Amma inanıram ki, mərhələ keçəcəyik. Çox yaxşı kollektivə sahibik. Müəyyən qədər təcrübəmiz də var. Tarix yazmaq istəyiriksə, əlimizdən gələnin ən yaxşısını etməliyik.
- Artıq yeni mövsümünün ilk rəsmi oyununu başa vurdunuz. 2025/26-cı "futbol ili"ndə əsas hədəfiniz nə olacaq?
- Yeni mövsümdə üzərimizə daha çox məsuliyyət düşəcək. Prezidentimiz yeni futbolçu transferləriylə heyəti daha da gücləndirir. Premyer Liqadakı bütün oyunlar hər zaman çətin keçir. Heyyətimiz çox güclüdür. Ümid edirəm yeni mövsümdə daha böyük uğurlar qazanacağıq.
EMİN ZEYNALLI
Sport1.az