“Qarabağ”ın sabiq futbolçusu Rahil Məmmədov yenidən Azərbaycanda çıxış edəcək.Sport1.az xəbər verir ki, ötən mövsümü Polşanın “Radomyak” klubunda keçirən müdafiəçi “Araz-Naxçıvan”la anlaşıb. Bu barədə Naxçıvan Futbol Federasiyasının prezidenti və klubun faktiki rəhbəri Zaur Axundov Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə ilk oyundan (2:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Məmmədov daha əvvəl Azərbaycanda “Qarabağ”, “Zirə”, “Səbail”, Polşada “LKS Lodz” və “Radomyak”da çıxış edib. O, “Araz-Naxçıvan”a azad agent kimi keçəcək.
Sport1.az