"Araz-Naxçıvan" bu gün avrokuboklarda mübarizəyə başlayıb.Sport1.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Aris"i ilə qarşılaşıb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar24 iyul20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) 2:1
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
"Dalğa Arena"
Sport1.az