Premyer Liqa təmsilçisi "Zirə" ciddi itki ilə üzləşib.Sport1.az xəbər verir ki, paytaxt klubunun üzvü Fuad Bayramovun dizində ciddi problem aşkarlanıb. Bu səbəbdən də müdafiəçi Türkiyəyə yollanıb. 27 yaşlı futbolçu dünən qardaş ölkədə əməliyyat olunub.
Qeyd edək ki, Fuad Bayramov bu mövsüm "Zirə"nin heyətində 20 matçda meydana çıxıb.
Sport1.az