Misli Premyer Liqasında bu gün 33-cü tura iki oyunla yekun vurulacaq.Sport1.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Qarşılaşma “Azərsun Arena”da, saat 18:00-da start götürüb.
Turun son matçı “Neftçi Arena”da “Neftçi” və “Kəpəz” komandaları arasında keçiriləcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 20:00-da başlayıb.
Misli Premyer LiqasıIV dövrə, 33-cü tur
4 may
18:00. “Qarabağ” 2 – 0 “Sumqayıt”
Qol: Yassin Benzia 59’, Kadi Borges 83’
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azərsun Arena”.
20:00. “Neftçi” 2 – 2 “Kəpəz”
Qol: Aleks Fernandes 24’, Emin Mahmudov 90+6
Paçu 51’, Camal Cəfərov 63’
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi Arena”.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
Sport1.az