Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz" "Qarabağ"a 1:4 hesabı ilə məğlub oldu.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Kurban Berdiyev mətbuat konfransında çıxış etdi.
Mütəxəssis qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
"Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi".-
Fərdi səhvlər nə vaxta qədər davam edəcək?- Buna cavab verə bilməyəcəm
-
"Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.
- Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.
-
Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.
Sport1.az