Millimizin futbolçusu Mahir Emreli “Nürnberq” ilə vidalaşıb.
Sport1.az xəbər verir ki, Emreli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“ Hər bir futbolçunun karyerasında elə klubları var ki, onlar səyahətin bir hissəsinə çevrilmir, onlar sizin özünüzün bir hissəsinə çevrilirlər. Mənim üçün "Nürnberq" məhz belə bir klubdur.
Azərbaycanlı futbolçu üçün Avropanın ən tarixi klublarından birində oynamaq xüsusi qürur hissidir. Amma ən dəyərlisi təkcə meydanda oynamaq deyildi, Miroslav Kloze kimi futbol əfsanəsi ilə işləmək imkanı idi. Uşaqlıq arzumun gerçəkləşdiyi an idi.
Hörmətli "Nürnberq" ailəsi, siz mənə güvəndiniz, mən isə hər dəfə bu formanı geyinəndə, vurduğum hər qolda, döyüşdüyüm hər oyunda sizi qürurlandırmağa çalışdım. Bu formanı təkcə bədənimdə deyil, ürəyimdə qürurla geyinmişəm. Çünki arxamda sizin kimi əziz azarkeşlərim var idi.
Bu gün "Nürnberq"dən ayrılıram, amma fonda hələ də sizin səslərinizi, alqışlarınızı və bu şəhərin ürək döyüntülərini eşidirəm. Və ürəyimdə heç vaxt unuda bilməyəcəyim bir sevgi daşıyıram...”.
Emreli fikirlərini "Einmal Cluberer, immer Cluberer!" ("Bir dəfə klubda oldunsa, daimi klubdasan") sözləri ilə yekunlaşdırıb.
Sport1.az