Mahir Emreli Almaniya II Bundesliqasında “Kayzerslautern”ə qalib gəldikləri oyundan sonra şəxsi instaqram hesabında paylaşım edib.Sport1.az xəbər verir ki, “Nürnberq”in 2:1 hesablı qələbə qazandığı matçda ikinci qolu vuran forvard bunları yazıb:
“Çox şey danışıldı, yalan xəbərlər… Buna baxmayaraq, sakit qaldım və üzərimdə işlədim. Bu gün nəyin necə olduğunu göstərdim. Bu qələbə üç xaldan daha çox şey deməkdir. Mənə inananları boşa çıxarmadım. Azarkeşlərə inanılmaz dəstəklərinə görə təşəkkür edirəm”.
Sport1.az