Mahir Emreli Almaniyanın "Nürnberq" klubunun azarkeşlərinə müraciət edib.Sport1.az xəbər verir ki, 27 yaşlı hücumçu II Bundesliqada "Qroyter Fyurt"u 3:0 hesabı məğlub etdikləri matçdan sonra yaşananlara münasibət bildirib.
O, qələbə sevincini fanatlarla qeyd edə bilməməsinin səbəbini açıqlayıb:
"Bu nə derbi idi! Klub və azarkeşlərimiz üçün inanılmaz qələbə! Təəssüf ki, mən sizinlə stadionda qələbəni qeyd edə bilmədim, çünki Azərbaycana uçmaq üçün birbaşa hava limanına getməli oldum. Təbii ki, bu, milli komandanın məşqçi heyəti ilə razılaşdırılmışdı. Əlbəttə, mən qələbəni sizinlə bayram etməkdən həzz alardım. Dəstəyiniz üçün təşəkkür edirik! Tezliklə bir-birimizi görəcəyik!"
Sport1.az