AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun finalında keçirilmiş "Qarabağ" - "Sabah" oyununda yaşananlara hüquqi qiymət verilib.
“Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);
“Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 42.3);
“Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ” klubunun 7 nömrəli futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalansın, “Qarabağ” klubu 3000 manat cərimə edilsin (maddə 43.3, 1);
“Qarabağ” – “Sabah” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
“Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilsin (maddə 37);
“Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
Sport1.az