Bu gün II Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.Sport1.az xəbər verir ki, matç “ASCO Arena”da baş tutub.
II Liqada 13-cü yeri tutan “Lerik” çempionatda yerini qorumağa çalışıb. Region Liqasının finalçısı “Şirvan” isə daha yüksək dəstəyə vəsiqə üçün mübarizə aparıb. Leriklilər qələbəyə çox yaxın olublar. Onlar Zaur Nuruzadənin və Penci Ağazadənin qollarından sonra 2:0 hesabı ilə önə keçsələr də, şirvanlılar geri dönüş etməyi bacarıblar. Əvvəlcə Nurlan İsayev hesab arasındakı fərqi azaldıb. "Şirvan"ın bərabərlik qolu isə 90+5-ci dəqiqədə Elcan Rəsulovdan gəlib.
Oyunun əsas vaxtı başa çatdığı üçün, matçda əlavə hissələr oynanılıb. 95-ci dəqiqədə penaltidən fərqlənən Elgün Xəlilov həlledici oyunda şirvanlılara qələbə sevinci yaşadıb: "Lerik" 2-3 "Şirvan".
Beləliklə, “Şirvan” növbəti mövsümdə II Liqada mübarizə aparacaq.
Sport1.az