Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində 4-cü matçına çıxıb.
V qrupda yer alan Vitali Borisovun komandası Yunanıstanla qarşılaşııb. Matç Afinada baş tutub. Hesabda 0:2 hesabı ilə geri düşən millimiz sona yaxın bərabərliyi bərpa edib. Amma son saniyələrdə meydan sahiblərini qələbə topunu vura biliblər.
Qeyd edək ki, qrupun digər görüşündə Xorvatiya İsveçi qəbul edəcək.
AVRO-2026-nın əsas seçmə mərhələsi
V qrup, IV tur
11 mart
21:00. Yunanıstan – Azərbaycan - 3:2
Qollar: Alexandros Adamopoulos, 3. Spiridon Papakostas, 31. Marios Ntatis, 40 - Kənan Manafov, 33; 40
Sport1.az