Gözlənilən və çətin qələbə oldu.Sport1.az xəbər verir ki, bu sözləri qadın voleybolçular arasında Azərbaycan çempionu olan "Azərreyl" komandasının baş məşqçisi Paolo Tofoli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mövsüm ərzində çətinliklər yaşasalar da, sonda uğurlu nəticə komanda üzvlərini xoşbəxt edib:
"İlk oyunda məğlub olsaq belə, inanırdım ki, geri dönüş edəcəyik. Biz bir komandayıq. Əsl əzmkarlıq göstərdik".
Sport1.az