Premyer Liqaya vəsiqə qazanmağa iddialılardan olan "Karvan" infrastrukturla bağlı problemləri həll etməyə başlayıb.Sport1.az xəbər verir ki, "ağ-qaralar" yeni bazanın tikintisini bitirmək üzrədir, arenadakı bəzi çatışmazlıqları aradan qaldırmaq istiqamətində addımlar atır.
Bu gün AFFA-nın baş katibi Cahangir Fərəccullayev və FİF-in icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionuna baş çəkiblər. Qurum rəsmiləri görülən işlərlə yaxından tanış olublar.
Qeyd edək ki, Cahangir Fərəccullayev AFFA-ya baş katib təyin olunandan sonra ilk dəfədir bölgəyə səfər edib.
Sport1.az