"Difai"nin vitse-prezidenti Namik Ramazanov Kolumbiya I Liqasında çıxış edən "Real Kundinamarka"nın prezidenti Nikolas Baena ilə görüşüb.
Sport1.az xəbər verir ki, tədbir zamanı iki klub arasında əməkdaşlıq memorandumunun hazırlanması və gələcək birgə layihələrin reallaşdırılması barədə ilkin razılıq əldə olunub.
Razılaşma çərçivəsində futbol sahəsində təcrübə mübadiləsi, klubun gənc futbolçularının inkişafı və marketinq təşəbbüsləri nəzərdə tutulub.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
Sport1.az