"Difai" beynəlxalq miqyasda əlaqələrini gücləndirib.
Sport1.az xəbər verir ki, I Liqada ikinci mövsümünü keçirən "fədailər" Kolumbiya klubu ilə münasibətlər qurub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu ölkədəki nümayəndəsi olan "Difai"nin vitse-prezidenti Namik Ramazanov "Boqota"nın vitse-prezidenti Cenni Perdomo ilə görüşüb.
N.Ramazanov qarşı tərəfə "Difai"nin tarixi və fəaliyyəti barədə geniş məlumat verib.
Sport1.az