"Difai" və Bakı Gənclər Mərkəzinin gəncləri ilə görüş keçirilib.Sport1.az xəbər verir ki, I Liqada mübarizə aparan komandanın prezidenti Asəf Məlikov bölgə təmsilçisinin adının Azərbaycan tarixində rolu, klubun bu ismi yaşatmaq niyyəti ilə yaradılması, missiyası və baxışı barədə məlumat verib.
Bildirib ki, "Difai" Vətən müharibəsinin iştirakçıları və qaziləri tərəfindən yaradılıb, məqsəd isə onların sağlam həyata adaptasiyasını sürətləndirməkdir.
O, hazırda da "fədailər"in heyətində və sıralarında onların yer aldığını söyləyib.
Tədbir zamanı idmanın gənclər arasında təbliği, sağlam həyat tərzinin önəmi və futbolun inkişafı mövzusunda müzakirələr aparılıb. Gənclər həmçinin komanda ruhu və idmanın dəyərləri haqqında fikir mübadiləsi ediblər.
Sport1.az