I Liqada 17-ci turun oyunları start götürüb. Sport1.az xəbər verir ki, ilk gündə 2 matç baş tutub.
MOİK "Qaradağ Lökbatan"ı qəbul edib. Görüş məhsuldar keçsə də, qalib müəyyənləşməyib - 2:2.
"Bakı Sportinq" isə "Difai"nin qonağı olub. Paytaxt təmsilçisi minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.
6 mart
14:00. “Difai” – “Baku Sporting” 0:1Qol: Luka Stevanoviç, 40.
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov
Şamaxı OİK stadionu
[b]14:00. MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: Araz Abdullayev, 5 (0:1). İbrahim Əliyev, 43 (1:1). Araz Abdullayev, 45+2 - pen (1:2). Nihad Qurbanlı, 62 (2:2).
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov
Binə qəsəbə stadionu
Sport1.az