AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin “Uğur” klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.Sport1.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar çıxarıb.
Komandaya Bərdənin “Qala” klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Uğur” liqadan kənarlaşdırılıb.
Sport1.az