Erlinq Haland DÇ-2026-nın seçmə mərhələsində İsraillə keçirilən oyunda Norveç yığmasının sonuncu qolunun müəllifi olub. Sport1.az xəbər verir ki, “Mançester Siti”nin forvardı bununla milli forma altında 41-ci görüşündə qol sayını 40-a çatdırıb.
Bu, avropalı futbolçular arasında son 54 ilin ən sürətli nəticəsidi. 1971-ci ildə Gerd Müller Almaniya millisində 40-cı qolunu 33-cü qarşılaşmasında vurmuşdu.
Qeyd edək ki, Norveç İsraili 4:2 hesabı ilə məğlub edib.
Sport1.az