İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos Meksikanın "Monterrey" komandasının heyətində qırmızı vərəqə alıb. Sport1.az xəbər verir ki, təcrübəli müdafiəçi Klausuranın 12-ci turunda "Puma" ilə matçda meydandan qovulub.
Hadisə qarşılaşmaya əlavə olunmuş vaxtda baş verib.
Topu meydançadan kənara çıxaran 38 yaşlı ispan rəqibini arxadan təpiklə vurub. Təcrübəli futbolçunun hərəkətini hakim qeyri-idman hərəkəti kimi dəyərləndirərək ona birbaşa qırmızı vərəqə göstərib.
Sport1.az