Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Sport1.az xəbər verir ki, komitənin qərarı ilə Yevgeni Kukseviç Azərbaycan millisinin baş məşqçisi təyin olunub.
Rusiyalı mütəxəssislə anlaşma 1 illikdir. Təyinatı ilə bağlı 53 yaşlı baş məşqçi azfutzal.az-a bunları deyib:
“Milli komandada işləmək böyük məsuliyyət və şərəfdir. Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsın və daim nəzarətimizdə olsun. Onların inkişafı çox vacibdir. Tək məşqlərlə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır. Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq”.[b][/b]
Sport1.az